TƏMƏL HAZIRLIĞI

Basketbol meydnaçasının  inşa ediləcəyi ərazi düzgün bir şəkildə hamarlanır. Sonra sahənin ətrafına 20sm torpağın içində qalacaq şəkildə 50x30sm riger ( kəmər ) bağlanır. Beton tökülməzdən əvvəl qəlibin içərisinə 3 m ara ilə uyğun drenaj boruları yerləşdirilir. Yaranan hovuzun içərisi 20sm yüksəkliyində 4 və 5 nömrəli çınqıl ilə doldurularaq sıxışdırılır. Bu sıxışdırılmış döşəmənin üzərinə ortalama 10 sm  50% -li daş tozuyla qarışıq mexaniki sabitləşdirmə edilər. Bu əməliyyat əsnasında sahəyə eninə və tək tərəfli tələbə uyğun meyil verilir. Bu meyil yağış sularını sahənin üzərindən rahat axması və sahənin quru qalmasını təmin etmək üçün edilir. Yuxarıdakı iş prosisesində sahə tez-tez sulanaraq döşəmənin yaxşıca oturması təmin edilir və asfaltlamaya hazır hala gətirilir.

ASFALT ÜZLÜK

Hazırlanmış sahənin üzərinə iki pilləli ilk mərhələdə təqribi 4 və ya 5 sm incə qırmadaşlı, ümumi 8-9 sm hündürlükdə asfalt örtük çəkilir . Burada diqqət ediləcək xüsus asfaltın düzgün bir səthə sahib olmasını təmin edə bilməkdir. Çünki asfaltın səthində ola biləcək dalğalanmalar eynilə yuxarıdakı üst örtük qatına əks olunur və sahədə yağışlardan sonra bəzən gölməçələr əmələ gəlir. Asfalt örtük tamamlandıqdan sonra 3 həftə müddətində günün ən isti saatlarında bir neçə dəfə bol su ilə yuyulmalıdır. Bu əməliyyat asfaltın içərisindəki qazların daha tez buxarlanaraq çıxmasını təmin edəcəyi kimi xarici maddələrdən təmizlənməsini də asanlaşdıracaq.

EPDM döşəmə örtüyü

15 mm qalınlıqda tennis kortları, çox məqsədli sahələr, uşaq oyun sahələri və hər cür idman oyunları, məşq sahələri üçün istifadə olunan çox məqsədli bir örtük sistemidir.Poliüretan və kauçuk əsaslı bu sistem çürüməyə qarşı davamlıdır. Elastikliyi və zərbə əmmə xüsusiyyətləri yüksək olduğu üçün idmançıların sürüşmə, yıxılma və.s kimi vəziyyətlərdə zədə alma ehtimalını minimuma endirir.

Düzgün tətbiq olunmuş, kir, pas, yağ və toz təbəqələrindən təmizlənmiş beton və ya asfalt döşəmə üzərinə poliuretan astar tətbiq edilir. 8 mm qalınlığındakı ilk təbəqə, SBR qranürlə poliuretan məcburi qarışdırılaraq xüsusi avadanlıqlar vasitəsi ilə yerə sərilir. İkinci təbəqə ultrabənövşəyi və ozon müqaviməti son dərəcə yüksək olan, xüsusi qarışıq EPDM rezin qranurlə poliuretan məcburi  qarışdırılaraq ilk təbəqənin üzərinə 7 mm qalınlıqda sərilir. İstifadə məqsədinə uyğun olaraq xəttlərin çəkilməsi ilə sahə oyuna hazır hala gətirilir.

Sahənin ətrafının bağlanması, işıqlandırma sisteminin quraşdırılması və.s tələbə uyğun olaraq həyata keçirilir

× WhatsApp